Futbol üzrə Fransa çempionatında 29-cu tura start verilib.
Newsport.az-ın məlumatına görə, açılış oyununda “Sent-Etyen” və “Trua” kollektivləri üz-üzə gəliblər. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Şənbə günü “Lans” doğma meydanda “Klermon” üzərində inamlı qələbəyə sevinib. Son çempion “Lill” “Nant” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.
Turlar ötdükcə çempionluğa yaxınlaşan PSJ səfərdə “Monako”nu sınağa çəkəcək. Turun mərkəzi görüşü “Velodrom”da olacaq. Burada 2-3-cü pillələri bölüşən “Marsel”lə “Nitsa” münasibətlərinə aydınlıq gətirəcək. “Lion” isə “Reyms”in qonağı olacaq.