CAS FIFA-nın Rusiya komandaları ilə bağlı qadağasını qüvvədə saxlayıb

İdman Arbitraj Məhkəməsi (CAS) FIFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən ölkəni təmsil edən yığmalar və klublar qitə futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.

Məhkəmə həmçinin Rusiya Futbol İttifaqının (RFS) işə baxılması üçün sürətləndirilmiş prosedur istəyini rədd edib.

Qeyd edək ki, CAS daha əvvəl RFS-in UEFA-nın analoji qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right