Mahirin debütündə "Dinamo" darmadağınla qalib gəldi

Xorvatiya 1-ci liqasında 27-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" doğma meydanda "Sibenik"lə qarşılaşıb. Matç Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətində başlayan 25 yaşlı hücumçu 60-cı dəqiqədə əvəzlənib. "Sibenik"lə oyun Mahirin Xorvatiya çempionatında debütü olub.

Xallarını 53-ə yüksəldən "Dinamo" lider "Osiyek"lə xallarını bərabərləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right