Klopp üçün xüsusi oyun

İngiltərə kubokunun 1/8 finalında "Norviç Siti" ilə matç (2:1) "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamıtdar olub. 

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, "mersisaydlılar" sözügedən qarşılaşmada rəqibini məğlub edərək 1/4 finala yüksəlib. Bununla da komanda Yurgen Kloppun baş məşqçiliyi altında ilk dəfə turnirin 1/4 finalına vəsiqə qazanıb.

"Liverpul" bu mərhələdə sonuncu dəfə 2015-ci ilin aprelində Brendan Rocersin baş məşqçiliyi altında oynayıb.

Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabrından " Liverpul"u çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right