"Müharibəni dayandırmağın yolu var" Honda

"İnanıram ki, müharibəni dayandırmağın yolu var, hansı ki, tariximiz ərzində bunu heç vaxt görməmişik. Amma həmin yol zorakılıq deyil".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq futbolçusu Keysuke Honda şəxsi tviter hesabında yazıb.

Hazırda Litvanın "Suduva" klubunda çıxış edən yaşlı yaponiyalı yarımmüdafiəçi  Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginli pisləyib: "İkinci Dünya Müharibəsi bizə nə öyrətdi? Azadlıq və bərabərliyimizi müharibəsiz əldə edə bilmərikmi? İnsan həyatından vacib heç nə yoxdur".

Qeyd edək ki, Keysuke Honda 2020/2021 mövsümündə "Neftçi"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right