"Güclənmək əvəzinə zəifləmişik" Konte

"Tottenhem"in baş məşqçisi Antonio Konte London klubunun transfer siyasətindən danışıb.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, transferlərdən narazılığını ifadə edib: “Yanvarda dörd vacib oyunçu getdi, ikisi gəldi. Hətta kağız üzərində güclənmək əvəzinə zəifləmişik. “Tottenhem” hazır deyil, inkişaf edə bilən gənc oyunçular axtarır. Məsələ bundadır”.

Bu qış “Tottenhem Hotspur” “Yuventus”dan Deyan Kuluşevskini icarəyə götürüb və Turin təmsilçisindən yarımmüdafiəçi Rodriqo Bentankuru 19 milyon avroya alıb.

Dele Alli (“Everton”) komandadan ayrılıb, yarımmüdafiəçilər Covanni Lo Selso (“Vilyarreal”), Brayan Qil (“Valensiya”) və Tanqay Ndombele (“Lion”) icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right