PSJ "Real"ı məğlub etdi, "Mançester Siti"dən darmadağın

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. 

PSJ Fransada "Real"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Gecənin digər oyununda "Mançester Siti" Portuqaliyada "Sportinq"ini darmadağın edib - 5:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

15 fevral

00.00. (Bakı vaxtı ilə). PSJ (Fransa) - "Real" (İspaniya) - 1:0

Qol: Mbappe, 90+4

Reallaşdırılmayan penalti: Messi, 62 (PSJ) - qapıçı zərbəni dəf edib. 

Baş hakim: Daniele Orsato (İtaliya)

00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:5

Qollar: Mahrez, 7, Bernardo Silva, 17, 44, Foden, 32, Sterlinq, 58

Baş hakim: Srcan Yovanoviç

16 fevral

00:00. "Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya)

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

22 fevral 

00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

00:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

23 fevral

00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)

00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right