“Spartak”ın sabiq baş məşqçisi: Rusiya Azərbaycanı darmadağın etməlidir

 

“Bu gün biz Fabio Kapellonun nəyi dəyişdiyini görəcəyik. Təbii ki, bütün sonrakı matçlara da diqqət yetirəcəyik. Fikrimcə, Kapello oyunlara ayrı-ayrı hazırlaşacaq. Bu, bütün seçmə mərhələ boyunca belə olacaq. Yığmanın oyununu izləmək çox maraqlı olacaq”.

 

Newsport.az saytının məlumatına görə, bunu “Spartak”ın sabiq baş məşqçisi Dmitri Qunko deyib.

 

Aprelin 2-dən mayın 31-dək “Spartak”ın əsas komandasını çalışdırmış Qunko Fabio Kapellonun işinin öhdəsindən gələcəyinə əmin olduğunu söyləyib: “İstənilən məşqçini dünya və Avropa çempionatı kimi böyük turnirlər hərəkətə gətirir. Düşünürəm ki, Fabio Kapello Braziliyadakı dünya çempionatındakı təcrübəsindən çox şey əxz edib. Əminəm ki, o, bunu işində də tətbiq edəcək”.

 

38 yaşlı məşqçinin Rusiya – Azərbaycan oyununa proqnozu isə belə olub: “Məncə, bugünkü matçda Rusiya yığması Azərbaycanı 3:0 hesabı ilə darmadağın etməlidir”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right