2021/2022 mövsümündən etibarən "Barselona"nın 2 titul sponsoru olacaq.
Newsport.az xəbər verir ki, “Spotifty” internet servisini “Rakuten” əvəz edəcək.
Sonuncu ilə 5 mövsümlük müqavilə imzalanacaq. Bu əməkdaşlıq çərçivəsində Kataloniya klubu 340 milyon avro gəlir əldə edəcək.
İkinci titul sponsoru isə “Beko”nu əvəzləyəcək “Polkadot” olacaq. Bu şirkətlə də 5 mövsümlük müqavilə bağlanacaq. “Polkadot”la əməkdaşlıq isə “Barselona” 100 milyon avro qazandıracaq.
Hər iki şirkətin loqosu yeni mövsümdən “Barselona”nın formasında yer alacaq.