Türkiyə millisinin üzvü Moskva klubuna keçdi

Türkiyə millisinin üzvü Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirəcək.

 

Newsport.az xəbər verir ki, "Lill"in yarımmüdafiəçisi ÇSK-ya keçib. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında Moskva klubunda çıxış edəcək. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Yusuf Yazıcı "Lill"ə 2019-cu ilin yayında "Trabzonspor"dan keçib. O, cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 22 oyunda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right