“Yuventus”da Morata ilə bağlı yekun qərar verildi

İtaliyanın “Yuventus” klubunda hücumçu Alvaro Morata ilə bağlı yekun qərar verilib.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi azı yaya qədər ispan hücumçunu komandada saxlayacaq. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri rəhbərlikdən Moratanın komandada qalmasını və transferinə icazə verilməməsini istəyib.

Moratanın adı “Barselona” ilə hallanırdı.

29 yaşlı hücumçu bu mövsüm “Yuventus”la 25 oyunda 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right