"İnter"in oyunu təxirə salındı

İtaliya A Seriyasında 20-ci turun daha bir oyunu təxirə salınıb.

 

Newsport.az xəbər verir ki, "Bolonya" – "İnter" matçı meydan sahibi komandanın heyətində koronavirusa yoluxma hallarının artmasına görə təxirə salınıb. Qarşılaşma bu gün saat 15:30-da baş tutmalı idi.

 

Qeyd edək ki, daha əvvəl "Fiorentina" – "Udineze", "Salernitana" – "Venetsiya" və "Atalanta" – "Torino" matçları təxirə salınıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right