Komandası heç bir oyunda uduzmadı, ən yaxşı məşqçi seçildi

İtaliya A Seriyasında 2021-ci ilin dekabrın ən yaxşı məşqçisi müəyyənləşib.

Newsport.az turnirin saytına istinadən xəbər verir ki, bu, "İnter"in baş məşqçisi  Simone İnzaqidir .

45 yaşlı italiyalının rəhbərliyi altında Milan klubu ötən ay keçirdiyi 5 liqa matçının hamısında qalib gəlib, 15 qol vurub, qol buraxmayıb.

Sorğuda İtaliyanın ən böyük idman qəzetlərinin direktorları iştirak edib.

19 turdan sonra "İnter" A Seriyasının cədvəlinə başçılıq edir və ikinci olan "Milan "ı 4 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right