Superkubok oyunu öncəsi "Beşiktaş"da yoluxma

"Beşiktaş"da koronavirusa yeni yoluxma qeydə alınıb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən ikisi pozitiv çıxıb. Koronavirusa yoluxanlardan birinin texniki heyətdən, digərinin isə futbolçu olduğu qeyd olunub.

"Beşiktaş" bu gün Qətərin paytaxtı Dohada Türkiyə Superkuboku uğrunda "Antalyaspor"la qarşılaşacaq. İstanbul təmsilçisi yanvarın 1-də daha bir oyunçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right