“Napoli”nin hücumçusu koronavirusa yoluxdu

İtaliyanın “Napoli” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Newsport.az-ın məlumatına görə, Neapol təmsilçisinin hücumçusu Viktor Osimhenin koronavirus testinin nəticəsi pozitiv olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı hücumçunun səhhəti yaxşıdır və o, karantinə alınıb.

“Napoli”də daha əvvəl Fabian Ruis və İrvinq Losanoda koronavirus aşkarlanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right