Türkiyə I Liqasında 17-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.
Namik də bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.
18 xal toplayan "Bursaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.