Messi PSJ-yə kömək etməyəcək

PSJ-nin hücumçusu Lionel Messi komandasının Fransa Kubokunda "Feni-Olnua"ya qarşı keçirəcəyi matçda iştirak etməyəcək.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisinin baş məşqçisi Maurisiyo Poçettino argentinalı ulduza istirahət verib. Bu səbəbdən 34 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Feni-Olnua" - PSJ qarşılaşması bu gecə Bakı vaxtilə saat 00:10-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right