“Atalanta” “Roma”ya uduzdu, “Yuventus” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Latsio” “Cenoa”nı, “İnter” isə “Salernitana”nı sınağa çəkib. Romadakı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. Son çempion “İnter” də səfərdə 5 cavabsız qolla qalib gəlib.

“Yuventus” bu turda “Bolonya” səfərinə yollanıb və inamlı qələbə qazanıb. Joze Mourinyolu “Roma” isə Berqamoda “Atalanta”nı böyük hesabla məğlub edib. “Udineze” də “Kalyari” ilə səfər matçında 4 cavabsız qolla qalib gəlib.

Turun mərkəzi görüşündə “Milan” “Napoli” ilə üz-üzə gələcək.

İtaliya A Seriyası, 18-ci tur

17 dekabr

Latsio – Cenoa 3:1
Qol: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.

Salernitana – İnter 0:5
Qol: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.

18 dekabr

Atalanta – Roma 1:4
Qol: Kristante, 45+1-öz qapısına – Abraham, 1; 82. Zaniolo, 27. Smollinq, 72.

Bolonya – Yuventus 0:2
Qol: Morata, 6. Kuadrado, 69.

Kalyari – Udineze 0:4
Qol: Makenqo, 4. Deulofeu, 45; 69. Molina, 50.

19 dekabr

15:30 Fiorentina – Sassuolo
18:00 Spetsiya – Empoli
21:00 Sampdoriya – Venetsiya
21:00 Torino – Verona
23:45 Milan – Napoli

Bombardir: Duşan Vlahoviç (“Fiorentina”) – 15 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right