"Fənərbaxça" "Barselona"nın hücumçusunu transfer edir

"Fənərbaxça" Lyuk de Yonqu transfer etmək üçün hərəkətə keçib.

Newsport.az xəbər verir ki, "Sevilya"ya məxsus olan niderlandlı hücumçu hazırda icarə əsasında "Barselona"da oynayır.

Kataloniya klubu onu vaxtından əvvəl öz klubuna göndərmək niyyətindədi. Əndəlusiya təmsilçisi isə forvard başqa kluba keçəcəyi təqdirdə bununla razılaşacaq. Əks təqdirdə isə "Sevilya" özü də təcrübəli hücumçunun xidmətində maraqlı deyil.

Türkiyə təmsilçisi isə qışda onu heyətinə qatmaq üçün futbolçunun meneceri və "Sevilya" ilə razılaşmağa çalışacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right