Xorvatiya mətbuatı Yoviçin biabırçı səhvi haqda yazdı: "Qarabağ" futbolçuları boş yerə şiddətlə etiraz etmirdi"

Xorvatiyada Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel” – “Qarabağ” görüşündə hesaba alınmayan epizodu müzakirə edilib.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı həmkarlarımız Fran Yoviçinin matçın ilk dəqiqəsində etdiyi kobud səhvi dəyərləndirib:

“Yoviç Konfrans Liqasının “Bazel” və “Qarabağ” klubları arasında keçirilən həlledici matçda inanılmaz səhvə yol verdi. Ona və köməkçilərinə həm idman, həm də maliyyə baxımından çox vacib bir matçda hakimlik etmək imkanı verildi. Hər iki komanda artıq pley-offa vəsiqəni təmin edərək qrupdakı final görüşünə bərabər oyuna çıxmışdı. Lakin buna baxmayaraq, birinci və ikinci yerlər heç də eyni deyildi.

Birinci yer komandanı birbaşa 1/8 finala vəsiqə verirdi. 2-ci yerdəki komanda isə Avropa Liqasında 3-cü pilləni tutan güclü rəqiblərlə qarşılaşmalı idi. Bundan əlavə, maliyyə baxımından böyük fərq var idi: birinci yer üçün komanda UEFA-dan 650 min avro, 1/8 finalda iştiraka görə daha 600 min, ikinci yer üçün isə 325 min avro və pley-off üçün 300 min avro alacaqdı.

Beləliklə, aydın olur ki, Yoviç və onun köməkçiləri Hrvoje Radiç və Luka Puşiç UEFA-dan həm idman, həm də maliyyə baxımından son dərəcə dəyərli olan matça təyinat almışdı. 2-ci dəqiqədə “Qarabağ”ın əla hücumundan sonra Zubir qonaqların qapısına qol vurdu. Top toru silkələməsə də də, onun qapı xəttini ən azı bir metr keçdiyi aydın görünürdü və qonaq komandanın futbolçularının hamısı qolu bayram etməyə başladı.

Ancaq yaxınlıqda olan Yoviç mərkəzi göstərmədi. Onun köməkçisi də qolun olduğuna işarə etmədi. “Qarabağ” futbolçuları boş yerə şiddətlə etiraz etmirdi. Təmiz vurulan qol hesaba alınmadı. Yoviçin inanılmaz səhvi onlara baha başa gəldi. Çünki bundan sonra “Bazel” rəqib qapısından 3 cavabsız qol keçirərək qrupda 1-ci yeri tutaraq UEFA-dan yaxşı bonus aldı. “Qarabağ” isə nəinki 1-ci yerdən, həm də əldə edə biləcəyi məbləğin yarısından da oldu” (index.hr). 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right