Məşhur hücumçu "Milan"dan ayrılacağını açıqladı

"Milan"ın futbolçusu Olivye Jiru gələcəyi ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, fransız hücumçu mövsümün sonunda komandadan ayrılacaq. Bu barədə o özü açıqlama verib.

37 yaşlı forvard ABS-nin "Los Anceles" klubuna keçəcək.

Qeyd edək ki, "Milan" Olivye Jirunu 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. Fransa millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 130 rəsmi matçda 48 qol və 20 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right