"Krasnodar"ın sabiq baş məşqçisi "Fənərbaxça"nı çalışdıra bilər

"Fənərbaxça" baş məşqçi axtarışını davam etdirir.

Newsport.az "RB Sport"a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi bu dəfə “Krasnodar” və PAOK-un sabiq çalışdırıcısı Vladimir İviç variantını nəzərdən keçirməyə başlayıb.

Serbiyalı mütəxəssis Türkiyə klubunun idman direktoru Mario Branko ilə görüşüb və təyinatın mümkünlüyü müzakirə olunub. Qərar iyun ayına yaxın veriləcək. 

Qeyd edək ki, İviç 2023-cü ildə Murad Musayevin əvəzinə “Krasnodar”a dəvət edilmişdi. Əlavə edək ki, serbiyalı PAOK, "Makkabi"(Tel-Əviv), "Uotford" komandalarında da işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right