"Barselona"nın maraqlandığı futbolçu "Liverpul"da qalmaq istəyir

"Barselona"nın transfer siyahısında olan Luis Dias gələcəyi ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı vinger "Liverpul"da xoşbəxt olduğunu və komandanı tərk etmək istəmədiyini bildirib:

"Liverpul" kimi böyük bir kluba gəldikdə çox şey öyrənirsiniz. Hər dəfə daha peşəkar olmağı, daha yaxşı insan və dost olmağı öyrənirəm. Reallıq budur ki, burada olduğum üçün çox xoşbəxtəm. Klubu qarşıda böyük illər gözləyir. Buna şübhəm yoxdur".

Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında"Portu"dan transfer edib. 27 yaşlı futbolçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right