Runi "Mançester Yunayted"in futbolçularını ittiham etdi

"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi İngiltərə komandasındakı zədəli futbolçularla bağlı vəziyyəti şərh edib.

Newsport.az xəbər verir ki, "The Telegraph"a danışan veteran forvard "qırmızı şeytanlar"ın bəzi oyunçularının oynayacaq gücdə olduğunu, lakin AVRO-2024-ün yaxınlaşmasına görə ümumi qrupa qayıtmağa tələsmədiklərini iddia edib:

"Bu komandada bir neçə çox yaxşı oyunçular var. Lakin onların çıxışları heç də lazımi səviyyədə deyil. Onların zədələndikləri epizodlara fikir verin. Bu oyunçulardan bəziləri oynaya biləcək durumadır. Özü də 100 faiz. Qarşıda sizi Avropa çempionatı və İngiltərə kubokunun finalı gözləyir. İndi bir az yorğun olduqları üçün oyunçuların kənarda qalması, daha sonra finala qayıtması və Avropa çempionatına hazırlaşması asandır. Mən bunu geridə qalan illər ərzində görmüşəm. Düşünürəm ki, zədələnən oyunçular hazırda heç bir tərifə layiq deyillər və baş məşqçi bunun üçün bütün günahı öz üzərinə götürəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right