Cüdo millimizin DÇ üçün heyəti açıqlandı

Azərbaycanı cüdo üzrə dünya çempionatında təmsil edəcək idmançıların adları açıqlanıb. Newsport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək turnirə 100-dən çox ölkədən 700-ə yaxın cüdoçu qatılacaq.

Azərbaycan mayın 19-23-ü aralığında reallaşacaq yarışda 8 çəki dərəsində təmsil olunacaq. Millimiz dünya çempionatına məşqçilər Riçard Trautman və Rəşad Məmmədovun rəhbərliyi altında 9 kişi və 2 qadın idmançı ilə qatılacaq.

Kişilərin mübarizəsində 60 kq çəkidə Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov və Kamran Süleymanov, 73 kq-da Hidayət Heydərov, 81 kq-da Zelim Tçkayev, 90 kq-da Elcan Hacıyev və Vüqar Talıbov, 100 kq-da isə Zelim Kotsoyev Azərbaycana medal qazandırmağa çalışacaq.

Qadınların mübarizəsində isə 48 kq çəkidə ölkəmizi Leyla Əliyeva, 57 kq çəkidə Acelya Toprak təmsil edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right