"Hər an vəziyyət dəyişə bilər” "Sumqayıt"ın legioneri

“Bu qələbə komandamın mənə ad günü hədiyyəsi oldu. Buna görə çox sevinirəm”.

Newsport.az xəbər verir ki,  bu sözləri Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehat Misli Premyer Liqasının 34-cü turunda "Səbail"ə qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Ötən gün 32 yaşı tamam olan israilli yarımmüdafiəçi “Səbail”ə qarşı keçirilən görüşün çətin alındığını bildirib: “Səbail” çox yaxşı komandadır. Heyətlərində bacarıqlı futbolçular cəmləşib. Lakin biz ən yaxşı oyunlarımızdan birini sərgilədik. Turnir cədvəli baxımıdan 3 xal bizim üçün çox vacib idi. Şadam ki, bunu bacardıq, istəyimizə çatdıq”. 

O, sona 2 tur qalmış turnir cədvəlində ikinci pillədə qərarlaşmalarına belə münasibət bildirib: “Bəli, hazırda ikinci pillədəyik. Lakin komandalar arasında xal fərqi çox azdır. İndidən finişi düşünmürük. Yalnız növbəti matç barədə fikirləşməliyik. Çünki hər an vəziyyət dəyişə bilər”. 

R.Kehat növbəti turda qarşılaşacaqlarını “Sabah”la matçdan da söz açıb: “Mövsümün sonuna cəmi 2 oyun qalıb. Artıq hər qarşılaşma finala bərabərdir. “Sabah”la səfərdə oynayacağıq. Bu komanda haqqında çox danışmağa ehtiyac yoxdur. “Sabah”ın güclü olduğu məlum məsələdir. Bununla belə, bizim də məqsədimiz 3 xaldır. Qələbə üçün əlimizdən gələni edəcəyik”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right