Çempionlar Liqası: Finalın hakimləri açıqlandı

"Real"la "Borussiya" arasında keçiriləcək Çempionlar Liqası final matçının hakimləri bəlli olub.

Newsport.az-ın məlumatına görə, görüşü slovakiyalı Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fransua Leteksier (Fransa) idarə edəcək.

Qeyd edək ki, final qarşılaşması 1 iyun tarixində Bakı vaxtilə saat 23:00-da Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right