Varan "Mançester Yunayted"dən gedir

"Mançester Yunayted" müdafiəçisi Rafael Varanla yolları ayıracaq.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi 31 yaşlı fransalının cari mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. Tərəflər arasındakı müqavilə bu ilin yayınadək nəzərdə tutulmuşdu. 

Qeyd edək ki, Varan 2021-ci ilin yayında "Real"dan "qırmızı şeytanlar"a keçmişdi. O, zədəli olduğu üçün aprelin 4-dən - "Çelsi" ilə matçdan sonra meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right