Ramos “Sevilya”dan ayrıla bilər

"Sevilya"nın müdafiəçisi Serxio Ramos komandasını dəyişə bilər. Newsport.az xəbər verir ki, təcrübəli futbolçunun karyerasını ABŞ-də davam etdirmək variantı yaranıb.

Belə ki, 2025-ci ildə MLS-də debüt edəcək "San Dieqo" klubu Ramosu heyətində görmək istəyir. Tərəflər arasında danışıqlara start verilib. 38 yaşlı müdafiəçinin "Sevilya" ilə yeni müqavilə imzalamaq istəmədiyi bildirilir. Bu isə Ramosun okeanın o tayına köçmək ehtimalını artırır.

Qeyd edək ki, karyerası ərzində “Real” və PSJ klublarının da formasını geyinmiş Serxio Ramos cari mövsümdə ümumilikdə 34 oyunda 7 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right