“Yurqorden”in baş məşqçisi: Musaya məlumat verilib

“Musa oynamamağının səbəbini bilir”. Newsport.az xəbər verir ki, bunu “Yurqorden”in baş məşqçisi Tomas Laqerlöf İsveç mətbuatına açıqlamasında deyib.

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç çempionatının VIII turunda “Elfsborq”la oyunda da iştirak etməyib. Laqerlöf bunun səbəbini komanda daxilindəki rəqabətlə əlaqələndirib: “Komandanın digər mövqelərində olduğu kimi, hücumunda da gərgin rəqabət var. Əlbəttə ki, bütün futbolçuların oynamasını istərdim. Ancaq 20 nəfər iştirak ərizəsinə salınmalı, onun 11-i meydana çıxmalıdı. Qurbanlıya gəlincə, oynamamasının səbəbi barədə ona məlumat verilib”.

Qeyd edək ki, “Elfsborq”u 2:0 hesabı ilə məğlub edən “Yurqorden” 16 xalla 2-ci pillədə yer alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right