"Xırdalan"ın baş məşqçisi: Üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik

Üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik.

Newsport.az xəbər verir ki, bunu "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir Azərbaycan Basketbol Liqasında "NTD-İndiqo"ya qarşı keçirəcəkləri matçlar barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis onları çətin qarşılaşmanın gözlədiyini bildirib: "Hər iki komanda mövsümü uğurla başa vurmaq istəyir. "NTD-İndiqo" ilə matçda 2 oyunçumuzun (Cakori Arçi və Zeyver Bryuer) xidmətindən yararlana bilməyəcəyik".

Özdəmir rotasiya imkanlarının da çox olmadığını söyləyib: "Amma belə hallarla daha əvvəl də qarşılaşmışıq. Bütün bunlara rəğmən, 3-cü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, tərəflər arasındakı ilk matç mayın 15-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right