"Palmeyras" Felipe Melo ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi ilə müddəti bitən müqavilə yenilənməyib və o, azad agent statusu alıb.
Melo 2017-ci ildən “Palmeyras”da oynayırdı.
“Flamenqo”, “Qremio”, “Kruzeyro”, “Fiorentina”, “Yuventus”, “İnter”, kimi klublarda oynamış braziliyalının "Qalatasaray"a geri dönməsi gözlənilir.