“Çelsi” uduzdu, “Liverpul”la “Mançester Siti” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutub. Turun açılış matçında lider “Çelsi” səfərdə “Vest Hem”in qonağı olub. Beş qolun qeydə alındığı matç London təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

“Mançester Siti” “Uotford”u, “Liverpul” isə “Vulverhempton”u sınağa çəkib. Liderin xal itkisindən maksimum yararlanan “Mançester Siti” ilə “Liverpul” qələbə qazanmaqla “Çelsi”ni üçüncü pilləyə yuvarlayıblar. “Sauthempton” – “Brayton” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə “Bernli”ni minimal hesabla üstələyib.

Tura “Everton” – “Arsenal” matçıyla yekun vurulacaq.

İngiltərə Premyer Liqası, 15-ci tur

4 dekabr

Vest Hem – Çelsi 3:2
Qol:
Lanzini, 40. Bouen, 56. Masuaku, 87 – T.Silva, 28. Maunt, 44.

Vulverhempton – Liverpul 0:1
Qol:
Oriqi, 90+4.

Nyukasl – Bernli 1:0
Qol:
Uilsin, 40.

Sauthempton – Brayton 1:1
Qol:
Broxa, 29 – Maupay, 90+8.

Uotford – Mançester Siti 1:3
Qol:
Kuço, 74 – Sterlinq, 4. B.Silva, 31; 63.

5 dekabr

18:00 Lids – Brentford
18:00 Mançester Yunayted – Kristal Pelas
18:00 Tottenhem – Norviç
20:30 Aston Villa – Lester

6 dekabr

00:00 Everton – Arsenal





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right