Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa kubokunda 1/8 final oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, Varşava təmsilçisi "Motor Lyüblina"nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin qarşılaşmaları bir görüşdən ibarətdir.
1 dekabr
23:00. "Motor Lyüblina" - "Legiya"