Milan derbisində heç-heçə, "Roma" uduzdu

İtaliya A Seriyasında 12-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Roma” “Venetsiya” səfərində məğlubuyyətlə üzləşib. Lider “Napoli” isə “Verona”nın müqavimətini qıra bilməyib.

Turun mərkəzi görüşü Milanda keçirilib. Son çempion “İnter” bu mövsüm uğurlu çıxış edən və hələ məğlub olmayan “Milan”la üz-üzə gəlib. Bu qarşılaşmada qalib müəyyənləşməyib.

7 noyabr

"Venetsiya" – "Roma" - 3:2
Qol
: Kaldara, 3. Aramu, 65-pen. Okereke, 74 – Şomurodov, 43. Abraham, 45+2.

"Sampdoriya" – "Bolonya" - 1:2
Qo
l: Torsbi, 77 – Svanberq, 47. Arnautoviç, 78.

"Udineze" – "Sassuolo" - 3:2
Qol
: Deulofeu, 8. Frattesi, 39-öz qapısına. Beto, 51 – Berardi, 15. Frattesi, 28.

"Latsio" – "Salernitana" - 3:0
Qol:
 İmmobile, 31. Pedro, 36. Alberto, 69.

"Napoli" – "Verona" - 1:1
Qol
: Di Lorenso, 18 – Simeone, 13.

"Milan" – "İnter" - 1:1
Qo
l: De Vrey, 17-öz qapısına – H.Çalhanoğlu, 11-pen.

Turnir cədvəlinə 32 xalla "Napoli" başçılıq edir. Eyni xalı olan "Milan" 2-ci, "İnter" 25 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right