Tanınmış hücumçu ölkəsinə qayıtdı

İspaniya milli komandasının sabiq hücumçusu Fernando Loryente yenidən ölkəsinə qayıdıb.

Newsport.az xəbər verir ki, 36 yaşlı hücumçu “Eybar”la anlaşıb.

Klub özü də təcrübəli hücumçunun keçidini rəsmi açıqlayıb. O, mövsüm sonuna qədər adıçəkilən klubda oynayacaq.

Loryente “Atletik”, “Yuventus”, “Sevilya”, “Tottenhem”, “Napoli” klublarındakı çıxışı ilə tanınıb. O, son olaraq “Udineze”də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right