"Bundan sonra Dibalanın komandası olacaq"

“Yuventus”un kapitanı Corco Kyellini İtalia A seriyasının 3-cü turu çərçivəsində “Napoli”yə 1:2 hesablı məğlubiyyətindən sonra yerli mətbuata danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu Kriştiano Ronaldonun gedişi barədə də fikirlərini bildirib: “Uduzsaq da, meydanda göstərdiyimiz oyundan razı qalmalıyıq. Biz daha yaxşı nəticəyə layiq idik. Amma indi edəcəyimiz tək şey, daha az danışıb, daha çox işləməkdi. Bilirdik ki, bu mövsüm çətin olacaq. Ancaq 3 turdan sonra bu cür vəziyyətə düşəcəyimizi də düşünmürdük.

​Əgər sizin Kriştiano kimi dünya səviyyəli oyunçunuz varsa, komandanın onun üçün oynamasından imtina edə bilməzsiniz. Hər şeyə görə Ronaldoya təşəkkür etməliyik. Amma indi gələcəyə hərəkət etməliyik. Bundan sonra Paolo Dibalanın komandası olacaq. Son illərdə onun aktivliyi Ronaldonun olmasına görə aşağı düşmüşdü. Amma bundan sonra o, “Yuventus”un əsas oyunçusudu və hamı bunu bilir”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right