"Neftçi"nin legioneri hərbi çevrilişə görə Qvineyadan Azərbaycana gələ bilmir

"Neftçi"nin legioneri Mamadu Kanenin Qvineyadakı hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi hazırda Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə ölkəsindədir.

Bu gün keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.

"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məsələyə münasibət bildirib:

"Qvineyadakı çevrilişdən sonra Mamadu Kanenin qayıdıb-qayıtmayacağı və necə qayıdacağı ilə bağlı məlumatımız yoxdur. Nəsə olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan oyunçu icarə əsasında "ağ-qaralar"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right