İtaliya millisi yeni dünya rekorduna imza atıb.
Newsport.az-ın məlumatına görə, onlar buna ötən gün DÇ-2022-nin seçmə mərhələsində İsveçrə ilə heç-heçə etdiyi matçda (0:0) nail olub.
İtaliyanın məğlubiyyətsiz oyunlar seriyası 36-ya çatıb. Belədə, onlar bu göstərici ilə dünya rekorduna imza atıb.
Roberto Mançininin baş məşqçilik etdiyi kollektiv sonuncu dəfə 2018-ci ilin sentyabr ayında Millətlər Liqasında Portuqaliyaya uduzub.
Daha əvvəlki dünya rekordları Braziliya və İspaniya millilərinə məxsus idi (35 matç).