"Qalatasaray" komanda yoldaşını vuran futbolçuya ağır cəza verdi

"Qalatasaray" Super Liqanın I turunda "Giresunspor"la səfər oyununda (0:2) komanda yoldaşı Kərəm Aktürkoğlunu vuran futbolçusu Markaonu cərimələyib.

Newsport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi qeyri-etik davranışına görə 150 min avro ödəməli olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə Futbol Federasiyası komanda yoldaşını vuran Markaonu 8 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, bir müddətdi komandadan ayrı olan Markao "Qalatasaray"ın dünən baş tutan məşqində kollektivlə birlikdə iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right