"Arsenal" bu yay sonuncu transferini edib.
Newsport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi ötən mövsüm "Mançester Yunayted"də oynayan Dani Uelbeki heyətinə cəlb edib. 23 yaşlı hücumçu ilə 4+1 illik şərti ilə müqavilə imzalanıb. Bu transfer üçün "Arsenal" "MY"a 20 milyon avro təzminat ödəyib.
D.Uelbekin yeni klubunda illik 6 milyon avro qazancağı bildirilib.