Kavani 7 nömrəni Ronaldoya verdi

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldonun forma nömrəsi məlum olub.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı hücumçu 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ronaldodan əvvəl 7 nömrənin sahibi Edinson Kavani idi. Uruqvaylı hücumçu bundan sonra 21 nömrəli formada çıxış edəcək.

36 yaşlı hücumçu bu jestinə görə Kavaniyə təşəkkür edib: "Mançester Yunayted"də 7 nömrəli formanı yenidən almağın mümkün olacağına əmin deyildim. Kavaniyə nömrəsini mənə verərək etdiyi bu inanılmaz jest üçün təşəkkür edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right