“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Montenerqo milli komandasının heyətində növbəti oyuna çıxıb.
Newsport.az-ın məlumatına görə, onun komandası səfərdə Türkiyə ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Veşoviç bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.