"Qalatasaray"ın Fequli ilə bağlı yeni qərarı

"Qalatasaray" futbolçusu Sofian Fequli ilə bağlı yeni qərar verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçini göndərmək fikrindən daşınıb. Klub onunla 2 illik müqavilə imzalamaq niyyətindədir. Lakin "Qalatasaray" Fequlidən maaşının 50 faiz azaldılmasına razı olmasını istəyəcək. Onun "aslanlar"dakı hazırkı qazancı isə illik 3 milyon 850 min avrodur.

Qeyd edək ki, Fequli 2017-ci ildən "Qalatasaray"da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right