"İnter"dən ayrılan Raca Nainqqolan karyerasını Belçikada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi "Antverpen"lə razılığa gəlib. Onun müqavilə şərtləri açıqlanmayıb.
Nainqqolan ötən mövsüm icarə əsasında "Kalyari"də oynayıb. Milan təmsilçisi belçikalı yarımmüdafiəçini 2018-ci ildə "Roma"dan 38 milyon avroya transfer etmişdi.