Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan müdafiəçi Viktor Nelssonu rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Cim bom" 23 yaşlı müdafiəçi üçün 7 milyon avro ödəyib. Gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bu, "Qalatasaray"ın 8-ci transferidi. "Sarı-qırmızılar" daha əvvəl Aytac Kara, Alparslan Öztürk, Barış Alper Yılmaz, Aleksandru Çikildeu, Saşa Boy, Patrik Van Aanholt və Berkan Kutlunu heyətinə qatıb.