David Luis Braziliyaya qayıdır

"Arsenal"dan ayrılan David Luis karyerasını Braziliyada davam etdirməyə qərar verib.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı futbolçu "Flamenqo" ilə müqavilə imzalamağa qərar verib. Türkiyənin "Adana Dəmirspor" klubu ilə yanaşı, Avropadan gələn təklifləri qəbul etməyən braziliyalı futbolçu ölkəsinə üstünlük verib.

Luis Avropada "Benfika", "Çelsi", PSJ və "Arsenal" klublarında çıxış edib. Təcrübəli futbolçu "San-Paulu"nun yetirməsidir və ölkəsində həm də "Vitoriya"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right