Pektemek Super Liqada yeni klub tapdı

Türkiyə millisinin keçmiş üzvü Mustafa Pektemekin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı hücumçu "Kayserispor"a keçib. Super Liqa təmsilçisi təcrübəli forvardın müqavilə şərtlərini açıqlamayıb.

Pektemek 2011-2019-cu illərdə "Beşiktaş"da çıxış edib. O, "Alanyaspor"un heyətində Super Liqada keçirdiyi 35 oyunda 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right