"Beşiktaş" Rəşidin transferini bitirdi hücumçu da tezliklə açıqlanacaq

"Beşiktaş" Əlcəzair millisinin üzvü Rəşid Gözəlin transferi üçün "Lester Siti" ilə razılaşıb.

Newsport.az-ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın vitse-prezidenti Əmrə Kocadağ məlumat verib. Onun məlumatına görə, İstanbul təmsilçisi 29 yaşlı futbolçunun transfer hüququnu "Lester Siti"dən alıb.

Təcrübəli futbolçu ilə 4 illik razılıq əldə edilib. Onun illik maaşı 3 milyon avro olacaq.

Rəşid Gözəl ötən mövsüm icarə əsasında İstanbul klubunda çıxış etmişdi. O, 35 oyunda 8 qol və 18 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Klub rəsmisinin sözlərinə görə, "Beşiktaş" bir hücumçu transfer edəcək: "Hücum xəttinə 2-3 namizədimiz var. İnşallah, qısa müddətdə həll edəcəyik".

 

Əmrə Kocadağ bildirib ki, razılığa gəldikləri 31 yaşlı braziliyalı yarımmüdafiəçi Aleş Teyşera tezliklə İstanbula gələcək və komandaya qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right