"Beşiktaş"da yeni hücumçu

Türkiyə çempionu "Beşiktaş" növbəti transferini bitirib.

Newsport.az-ın məlumatına görə, "qara qartallar" Türkiyə millisinin üzvü Kənan Karamanla 3 illik razılığa gəlib. 27 yaşlı hücumçu tezliklə İstanbul gəlib tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq.

Kənan son klubu Almaniya Bundesliqa təmsilçisi "Fortuna" olub. Karaman Almaniyada "Hoffenhaym" və "Hannover" klublarında da forma geyinib.

Forvard ötən mövsüm Düsseldorf təmsilçisində keçirdiyi 29 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right